Modern.az

Yaponiyada güclü zəlzələ - Sunami təhlükəsi də elan edildi

Yaponiyada güclü zəlzələ - Sunami təhlükəsi də elan edildi

Dünya

Bu gün, 12:43

Yaponiyada 7,4 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi elan edilib.

Modern.az xəbər verir ki, Yaponiyanın NHK telekanalının məlumatına görə, ölkənin şimal-şərqində baş verən güclü zəlzələ səbəbindən Honsyu adasında yerləşən İvate prefekturası və ətraf bölgələrdə yaxın vaxtlarda hündürlüyü 3 metrə qədər çata bilən sunami gözlənilir.

Məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) də təsdiqləyib. Onun qiymətləndirməsinə görə, Honsyu adasının şimal-şərq sahillərində baş verən zəlzələnin maqnitudası 6,9 olub.

ABŞ Geoloji Xidməti (USGS) isə bildirib ki, 7,4 bal gücündə zəlzələ ölkənin şərq sahillərində, İvate prefekturasının Miyako şəhərindən 115 km şimal-şərqdə qeydə alınıb. Yeraltı təkanların episentri dəniz dibindən 10 km dərinlikdə yerləşib. USGS sunami təhlükəsini təsdiqləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV