Modern.az

İran XİN rəhbəri: Limanların blokadası müharibə aktıdır

İran XİN rəhbəri: Limanların blokadası müharibə aktıdır

Dünya

22 Aprel 2026, 03:21

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran limanlarının blokadaya alınması birbaşa müharibə aktı sayılır və bu, mövcud atəşkəs rejiminin pozulması deməkdir.

Modern.az xəbər verir ki, nazir sosial şəbəkədəki paylaşımında qeyd edib ki, kommersiya gəmisinə hücum edilməsi və ekipajın girov götürülməsi daha ciddi pozuntu hesab olunur.

Abbas Əraqçi vurğulayıb ki, İran bu cür məhdudiyyətləri neytrallaşdırmağı, öz maraqlarını qorumağı və təzyiqlərə qarşı durmağı yaxşı bilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ