Avropa İttifaqında Ukraynaya 90 milyard avro həcmində maliyyə ayrılması ilə bağlı qərarın yaxın 24 saat ərzində qəbul oluna biləcəyi açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas bildirib.
Onun sözlərinə görə, Macarıstanda keçirilən seçkilərdən sonra prosesə yeni impuls verilib və bu səbəbdən sözügedən kreditlə bağlı müsbət qərar gözlənilir.
Kallas əlavə edib ki, Aİ ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin təsdiqi prosesini yenidən başlatmaq barədə razılığa gəliblər və bəzi nazirlər artıq 21-ci paketlə bağlı yeni təkliflər də irəli sürüblər.
Xatırladaq ki, bundan əvvəl Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin qəbulu Macarıstan və Slovakiya tərəfindən bloklanmışdı.