Avropa İttifaqı səfirləri Ukraynaya 90 milyard avroluq krediti təsdiqləyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu Macarıstan veto hüququnu geri götürməsindən sonra baş verib.
Beləliklə, İttifaq 2026-2027-ci illər üçün Ukraynaya böyük həcmdə kreditin verilməsi üçün son təsdiq prosesində qəti addım atdı. Viktor Orban hökuməti dövründə Macarıstanın veto hüququ səbəbindən bu məsələ bir neçə ay idi ki, həll olunmamış qalmışdı.
Avropa İttifaqı səfirlərinin qərarı kreditin son təsdiqi üçün yol açır.
Bundan başqa, səfirlər Rusiyaya qarşı 20-ci sanksiyalar paketini də qəbul edib.