Modern.az

SEPAH İranda 240-a yaxın şübhəlini saxladı

SEPAH İranda 240-a yaxın şübhəlini saxladı

Dünya

25 Aprel 2026, 12:26

İranda təhlükəsizlik əməliyyatları çərçivəsində yüzlərlə şübhəli saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

Məlumata görə, SEPAH tərəfindən həyata keçirilən əməliyyatlar zamanı iki vilayətdə ümumilikdə 240-a yaxın şəxs saxlanılıb.

Kürdüstan vilayətində 11 nəfərin saxlanıldığı, bir silahlı qrup üzvünün zərərsizləşdirildiyi bildirilib. Eyni zamanda silah və sursat gizlədilən anbar aşkar olunub, əlavə olaraq təxminən 70 nəfər ayrı-ayrı reydlər zamanı saxlanılıb.

Kermanşah vilayətində isə SEPAH 155 nəfəri saxlayıb. Onların “əksinqilabi qruplara” aid olduğu iddia edilir. Saxlanılanlar arasında Mossad ilə əlaqədə olduğu bildirilən 4 nəfərin də olduğu qeyd olunub.

Bundan əlavə, Tehranda polis raket zərbələrinin düşdüyü yerlərlə bağlı məlumatları “düşmən şəbəkələrə” ötürməkdə ittiham olunan bir şəxsin saxlanıldığını açıqlayıb.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!