Modern.az

Ağ Ev Kralı səhv bayraqla qarşıladı

Ağ Ev Kralı səhv bayraqla qarşıladı

Dünya

25 Aprel 2026, 16:10

Vaşinqtonda Kral III Çarlzın səfəri ərəfəsində diqqətçəkən səhv baş verib.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Vaşinqton şəhərində, Ağ Ev yaxınlığında Böyük Britaniya bayraqları əvəzinə səhvən Avstraliya bayraqları yerləşdirilib.

Bildirilir ki, ümumilikdə şəhər mərkəzində monarxın səfəri münasibətilə asılan 230 bayraq arasında 15 ədəd Avstraliya bayrağı qeydə alınıb.

Səhvə görə məsul olan Kolumbiya dairəsinin nəqliyyat departamenti problemi artıq aradan qaldırdığını açıqlayıb və hazırda ərazidə yalnız Böyük Britaniyanın rəsmi simvollarının yerləşdirildiyini bildirib.

Qeyd edək ki, Kral III Çarlz formal olaraq Avstraliyanın da dövlət başçısı hesab olunur, lakin bu status simvolik xarakter daşıyır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ