Qəzzada uzun fasilədən sonra seçkilər keçirilib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, bu gün Qəzzada yerli idarəetmə orqanlarına seçkilər baş tutub və bu proses son 20 ildə ilk dəfə regionu da əhatə edib.
Bildirilib ki, seçkilərdə Fələstin Muxtariyyəti iştirakın hakimiyyət iddialarını gücləndirəcəyinə ümid edir. Qeyd olunur ki, qurum 2007-ci ildən sonra bölgədə nəzarəti HƏMAS-a itirib.
Məlumata əsasən, ümumilikdə bir milyondan çox fələstinli səsvermə hüququna malikdir, onlardan təxminən 70 mini Qəzza sakinidir.
Seçkilərin nəticələrinin aprelin 26-da elan ediləcəyi gözlənilir.