İranın xarici işlər naziri Abbas Əraqçi Oman səfərinə yollanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir əvvəlcə İslamabad şəhərində Pakistanın yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli əlaqələr və regional məsələlər ətrafında müzakirələr aparıb. Görüşlər başa çatdıqdan sonra o, paytaxtı tərk edərək Məsqət istiqamətində yola düşüb.
Qeyd olunur ki, Abbas Əraqçi Oman səfərindən sonra Rusiyaya rəsmi səfər edəcək.