Rusiyalı teleaparıcı Vladimir Solovyov bloger Viktoriya Bonya ilə olan canlı efirdə üzr istəyib.
Modern.az xəbər verir ki, “Polniy kontakt” proqramında çıxışı zamanı Solovyov emosional davrandığını etiraf edib və efirdə dediyi sözlərə görə üzrxahlıq edib.
“Əlbəttə, üzr istəməliyəm. Haqlısınız. Mən həddindən artıq emosional oldum və canlı efirdə dediyim sözlərə daha diqqətli yanaşmalı idim”, – deyə o bildirib.
Solovyov həmçinin Bonya ilə bağlı əvvəlki sərt açıqlamalarının onun sözlərindən çox, prezident Vladimir Putinlə bağlı səsləndirdiyi fikirlərə media reaksiyası ilə bağlı olduğunu iddia edib.
Viktoriya Bonya isə teleaparıcının üzrünü qəbul etdiyini bildirib.
Qeyd edək ki, daha əvvəl Solovyov Bonyanı sərt ifadələrlə tənqid etmiş, bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Səbəb isə Bonyonun Putini tənqid edən çıxışı olub.