Modern.az

Daim sürətli doldurmayın, batareyaları həmişəlik itirə bilərsiniz

Daim sürətli doldurmayın, batareyaları həmişəlik itirə bilərsiniz

Dünya

Bu gün, 02:47

Elektromobillərin ultra sürətli enerji doldurma məntəqələrindən mütəmadi istifadə edilməsi avtomobilin batareyasının ömrünü qısalda bilər.

Modern.az xəbər verir ki, elektromobilləri hər dəfə sürətli enerji doldurma stansiyalarında enerji ilə təmin etmək batareyanın tutumunu daha tez azaldır.

Sürətli enerji doldurma zamanı litium ionlarının hərəkəti sürətlənir. Bu proses litiumun bir hissəsinin elektrodun səthində toplanmasına və batareyanın enerji saxlamaq qabiliyyətinin azalmasına gətirib çıxara bilər. Bundan əlavə, sürətli doldurma zamanı yaranan yüksək temperatur batareyanın köhnəlməsini sürətləndirir.

Mütəxəssislər batareyanın ömrünü qorumaq üçün enerjinin əsasən 10-80 faiz aralığında doldurulmasını, 100 faizə qədər doldurmanın isə yalnız zəruri hallarda, məsələn, uzun səfərlərdən əvvəl həyata keçirilməsini tövsiyə edirlər.

“Geotab” şirkətinin 2026-cı ildə apardığı və təxminən 23 min elektromobili əhatə edən araşdırmaya görə, 100 kVt-dan yüksək güclü stansiyalarda müntəzəm enerji dolduran avtomobillərin batareya tutumu ildə 3 faizə qədər azalıb. Daha aşağı güclə enerji dolduran avtomobillərdə isə bu göstərici 1,5 faiz təşkil edib.

Bununla belə, ekspertlər sürətli enerji doldurma stansiyalarından tamamilə imtina etməyə ehtiyac olmadığını vurğulayırlar. Onlardan səfərlər zamanı və təcili hallarda istifadə etmək mümkündür. Lakin elektromobildən uzun illər yararlanmaq istəyən sürücülərə əsasən evdə yavaş enerji doldurma üsuluna üstünlük vermək məsləhət görülür.

Qeyd olunur ki, litium-dəmir-fosfat (LFP) batareyaları tam enerji doldurulmasına nikel-manqan-kobalt (NMC) batareyalarından daha davamlıdır. Buna baxmayaraq, NMC batareyalarını da vaxtaşırı 100 faizə qədər doldurmaq ciddi problem yaratmır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır