Modern.az

Trampın reytinqi ən aşağı səviyyəyə düşdü

Trampın reytinqi ən aşağı səviyyəyə düşdü

Dünya

Bu gün, 17:18

ABŞ prezidenti Donald Trampın ictimai dəstək göstəricisi son sorğu nəticələrinə görə kəskin şəkildə azalıb.

Modern.az xəbər verir ki, "Reuters" və "Ipsos" tərəfindən aparılan sorğuya əsasən, Trampın reytinqi 36%-dən 34%-ə enərək ən aşağı səviyyəyə düşüb.

Sorğuda bildirilir ki, reytinqin düşməsinə əsas səbəblərdən biri artan yaşayış xərcləri və xüsusilə benzinin qiymətindəki yüksəlişdir. Respondentlərin 40%-dən çoxu iqtisadi vəziyyəti mənfi qiymətləndirib, Trampın iqtisadi siyasətini isə yalnız 27% dəstəkləyib. Qiymətlərin tənzimlənməsi istiqamətində atılan addımların isə cəmi 22% tərəfindən müsbət qarşılandığı qeyd olunub.

Eyni zamanda, İranla bağlı gərginlik də ictimai rəydə mənfi təsir yaradıb. Sorğu nəticələrinə görə, amerikalıların yalnız 34%-i bu istiqamətdəki siyasəti dəstəkləyir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu