Modern.az

Ukraynada səfərbərlik yaşı aşağı salınır

Ukraynada səfərbərlik yaşı aşağı salınır

Dünya

5 May 2026, 13:50

Ukrayna qanunvericiləri cəbhədə əsgər çatışmazlığı səbəbindən səfərbərlik yaşının 25-dən 23-ə endirilməsini müzakirə edirlər.

Modern.az xəbər verir ki, bu barədə ukraynalı vəkil Sergey Starenkin “Novosti.Live” verilişində bildirib.

Onun sözlərinə görə, Ali Radanın deputatları hazırda bu təşəbbüsü müzakirə edirlər və bundan sonra qanuna müvafiq dəyişikliklər edilməsi gözlənilir.

Xatırladaq ki, Ukraynada ümumi səfərbərlik 2022-ci ilin fevralında elan edilib və bir neçə dəfə uzadılıb. Əvvəlcə 27-60 yaş arası kişilər hərbi xidmətə çağırılırdı, lakin 2024-cü ilin aprelində bu yaş 25-ə endirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi