Pakistanın Sind əyalətində, xüsusilə liman şəhəri olan Kəraçidə müşahidə olunan anomal isti hava şəraiti azı 10 nəfərin ölümünə səbəb olub.
Modern.az xəbər verir ki, şəhərdə 2018-ci ildən bəri ən qızmar gün qeydə alınıb. Belə ki, temperatur yaz fəsli üçün anomal sayılan 44 dərəcəyə yüksəlib.
Təbii fəlakətlərlə mübarizə üzrə Milli İdarənin tövsiyələrinə əsasən, tibb müəssisələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Normanı aşan ekstremal yüksək temperatur ölkə üzrə milyonlarla insan üçün təhlükə yaradır.
(Trend)