“İranlılar heç vaxt təzyiq qarşısında baş əymirlər və müdafiəyə hazırlıq “1000 faiz” səviyyəsindədir”.
Modern.az xəbər verir ki, bunu X platfomasında İranın xarici işlər naziri Abbas Araqçı bildirib.
Onun sözlərinə görə, hər dəfə diplomatik həll yolu masaya qoyulanda, ABŞ düşüncəsiz hərbi avantüraya əl atır.
“Bu, sadəcə təzyiq göstərmək üçün kor taktikadırmı? Yoxsa ABŞ prezidentini yenidən yeni bir bataqlığa sürükləmək istəyən təxribatçının hiyləgərliyidir?
Səbəb nə olursa olsun, nəticə həmişə eynidir - iranlılar heç vaxt təzyiq qarşısında baş əymirlər, amma diplomatiya daim qurban olur”.
Nazir sonda qeyd edib ki, Qərb mətbuatı İran haqqında səhv edir. “Bizim raket ehtiyatlarımız və buraxılış qurğularımızın imkanları 75 faiz səviyyəsində deyil; doğru rəqəm 120 faizdir. Xalqımızı müdafiə etməyə hazırlığımız isə: 1000 faizdir!”