Avropa İttifaqı liderləri Rusiya ilə mümkün danışıqların aparılması məsələsini müzakirə etməyə hazırlaşır.
Modern.az bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas jurnalistlərə açıqlamasında bildirib.
“Rusiya ilə hər hansı məsələni müzakirə etməzdən əvvəl öz aramızda hansı mövzular üzrə danışıqlar aparacağımıza qərar verməliyik.
Bu məsələ may ayının sonunda keçiriləcək qeyri-rəsmi “Gymnich” formatlı görüşdə Aİ ölkələrinin xarici işlər nazirləri tərəfindən müzakirə olunacaq.
Avropanın təhlükəsizliyi və Rusiyanın qonşu ölkələrə mümkün hücumlarının qarşısının alınması məsələləri əsas müzakirə mövzularından biri olacaq",- deyə Kallas vurğulayıb.
Aİ rəsmisi həmçinin Almaniyanın keçmiş kansleri Qerhard Şröder Rusiya ilə danışıqlarda Avropa İttifaqının nümayəndəsi təyin olunması ehtimalını istisna edib.
Qeyd edək ki, belə bir təklif daha əvvəl Rusiya Prezidenti Vladimir Putin tərəfindən səsləndirilmişdi.