Modern.az

ABŞ kəşfiyyatı: Müctəba Xamenei sağalır, lakin...

ABŞ kəşfiyyatı: Müctəba Xamenei sağalır, lakin...

Dünya

Bu gün, 16:26

ABŞ-ın kəşfiyyat məlumatlarına görə, İranın ali rəhbəri Müctəba Xamenei ağır yaralardan sonra sağalma mərhələsindədir, o həmçinin İranın müharibə danışıqları strategiyasında mühüm rol oynayır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, kəşfiyyatın hesabatına görə, Müctəba Xamenei ciddi mühafizə altında saxlanılır.

Nüfuzlu “Şarkul Avsat” qəzeti yazır ki, hazırda İranda gündəlik əməliyyatların böyük hissəsini İnqilab Keşikçiləri Korpusu (SEPAH) və parlament sədri Məhəmməd Baqir Qalibaf idarə edir.

“Müctəba Xameneinin davamlı şəkildə əmrlər verdiyinə dair göstərici yoxdur, amma bunun əksini sübut edən məlumat da mövcud deyil”, - deyə gizli mənbə ABŞ kəşfiyyatına bildirib.

O da qeyd edilir ki, ali rəhbərə çıxış çətindir, onun yeri ciddi şəkildə gizli saxlanılır...

Xatırladaq ki, Müctəba Xamenei fevralın 28-də ABŞ-İsrail koalisiyasının hava hücumu nəticəsində ağır xəsarətlər alıb. İran ali rəhbərinin aparat rəhbərinin mərasimlər üzrə müavini Məzahir Hüseyni ötən həftə bildirib ki, Xameneinin  ayağı və belinin aşağı hissəsi xəsarət alıb, həmçinin qulağının arxasına kiçik bir qəlpə dəyib. O əlavə edib ki, yaralar sağalmaqdadır.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV