Modern.az

Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri həbs olunur

Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri həbs olunur

Dünya

12 May 2026, 16:31

Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermaka rəsmi olaraq korrupsiya ittihamı irəli sürülüb.

Modern.az xəbər verir ki, Ukraynanın Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu Kiyev yaxınlığında elit tikinti layihələri vasitəsilə 460 milyon qrivnanın leqallaşdırılmasında iştirak edən mütəşəkkil bir qrupun ifşa olunduğunu açıqlayıb. Andrey Yermak da həmin qrupun üzvlərindən biri hesab olunur.

İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun rəhbəri Aleksandr Klimenko bildirib ki, Andrey Yermak üçün məhkəmədən həbs qətimkan tədbiri seçilməsini xahiş edəcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...