Ermənistanda seçki tarixi yaxınlaşdıqca, partiyalararası mübarizə daha da qızışır.
Hazırkı baş nazir Nikol Paşinyanın əsas rəqibi - “Güclü Ermənistan” partiyasınən lideri, iş adamı Samvel Karapetyan təbliğat-təşviqat kampaniyasında müxtəlif vədlər verir.
Modern.az-ın məlumatına görə, Karapetyan Ermənistan əhalisinə söz verib ki, baş nazir seçiləcəyi təqdirdə çoxuşaqlı ailələrə dövlət qayğısını artıracaq. O, Ermənistanda doğumun aşağı düşdüyünü diqqətə çatdıraraq, erməni ailələrini 4-5 uşaq dünayaya gətirməyə təşviq edib.
“Dördüncü uşağın doğulmasına görə 2 milyon dram, beşinci uşağa görə isə mənzil”, - deyə Samvel Karapetyan vurğulayıb.
“Bu imtiyazlar yalnız növbəti baş nazirlə birlikdə mümkündür”, - iş adamı əlavə edib.
Tərəfdarları bu vədi “Samvel Karapetyanın demoqrafik inqilabı” adlandırıblar.
Ermənistan KİV-i yazır ki, iş adamının vədlərinə inananlarla yanaşı, qeydi-ciddi yanaşanlar da çoxdur. İndiki çətin reallıqda əksər ailələr 4-5 uşaq dünyaya gətirmək kimi ağır risqi göz altına almağı düşünmürlər.
Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı ildə keçiriləcək. Təşviqat dövrü 5 iyuna qədər davam edəcək.
Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak üçün 19 siyasi qüvvəni qeydiyyata alıb.