ABŞ prezidenti Donald Tramp Pekində üç günlük səfərini başa vuraraq prezident təyyarəsinə qalxıb.
Modern.az xəbər verir ki, bu anı “Fox News” telekanalı canlı yayımlayıb.
Təyyarənin trapına qalxarkən ABŞ lideri geriyə dönüb əl yelləyib və bir neçə söz deyib, lakin təyyarənin səs-küyü səbəbindən onun dediklərini eşitmək mümkün olmayıb.
Ağ Evin rəhbərini trapın yanında Çin Xalq Respublikasının xarici işlər naziri Van İ yola salıb.