Modern.az

Amerika İranın 14 bəndlik planını RƏDD ETDİ

Amerika İranın 14 bəndlik planını RƏDD ETDİ

Dünya

Bu gün, 13:29

ABŞ hakimiyyəti İranın münaqişənin həlli ilə bağlı təqdim etdiyi 14 bəndlik planı tamamilə rədd edib.

Modern.az xəbər verir ki, bu barədə “Tehran Times” xəbər yayıb.

Qəzetin yazdığına əsasən, Tehran öz yazılı təkliflərinə Vaşinqtondan cavab alıb. ABŞ İranın bütün təkliflərini rədd edib və xüsusilə Tehranın nüvə proqramı ilə bağlı təzyiq siyasətinə sadiq qaldığını bildirib.

“Tehran Times” qeyd edir ki, əgər Vaşinqton İranın təkliflərini qəbul etsə, Tehran danışıqların ikinci mərhələsinə başlamağa hazırdır.

10 mayda İran Körfəz regionunda münaqişənin həlli ilə bağlı ABŞ-ın təkliflərinə cavabını Pakistana təqdim edib. “The Wall Street Journal”ın mənbələrinə görə, Tehran nüvə obyektlərinin ləğvini rədd edib - bu isə Vaşinqtonun tələbidir.

Qəzet həmçinin bildirir ki, İran uranın zənginləşdirilməsinin dayandırılmasına razı ola biləcəyini, lakin ABŞ-ın tələb etdiyi kimi 20 il müddətinə yox, daha qısa müddət üçün bunu qəbul edə biləcəyini bildirib.

ABŞ prezidenti Donald Tramp daha sonra Tehranın cavabını “qəbuledilməz” adlandırıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?