Modern.az

Rubio Ermənistanda səfərdədir

Rubio Ermənistanda səfərdədir

Dünya

Bu gün, 16:04

ABŞ dövlət katibi Marco Rubio qısamüddətli səfərlə Ermənistana gəlib.

Modern.az xəbər verir ki, Dövlət Departamentinin rəhbərini daşıyan təyyarə İrəvandakı Zvartnots hava limanına eniş edib. Marko Rubionu hava limanında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qarşılayıb.

Məlumata görə, ABŞ dövlət katibini səfərdə həyat yoldaşı Canet Rubio da müşayiət edir.

Səfər çərçivəsində Marko Rubio ilə Ararat Mirzoyan arasında görüş, qarşılıqlı anlaşma memorandumunun imzalanması və birgə brifinqin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, ABŞ dövlət katibi İrəvana bir neçə saatlıq işgüzar səfər edib. O, Yeni Dehlidən Vaşinqtona dönüş yolunda Ermənistan paytaxtına baş çəkib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı