Modern.az

Macarıstan Ukraynaya silah verməyəcək

Macarıstan Ukraynaya silah verməyəcək

Dünya

29 May 2026, 05:40

Macarıstan Ukraynaya silah və hərbi texnika tədarük etməyəcəyi ilə bağlı NATO-nu məlumatlandırıb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin yeni Baş naziri Peter Macyar Brüsseldə NATO-nun baş katibi Mark Rutte ilə görüşdən sonra sosial şəbəkə hesabında yazıb.

“Baş katibə məlumat verdim ki, Macarıstan münaqişə zonasına heç bir silah və ya hərbi texnika göndərməyəcək", - deyə Baş nazir bildirib.

O, eyni zamanda, Rutteni əmin edib ki, Macarıstan əvvəlki kimi dünyanın ən güclü hərbi və müdafiə alyansının etibarlı tərəfdaşı olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!