Modern.az

Netanyahu: “Hizbullah”a ağır zərbələr endiririk

Netanyahu: “Hizbullah”a ağır zərbələr endiririk

Dünya

Bu gün, 19:49

İsrail ordusu Livanın cənubunda əməliyyatlarını genişləndirərək Litani çayını keçib və strateji yüksəkliklərə nəzarəti ələ alıb.

Modern.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu açıqlayıb.

Onun sözlərinə görə, ölkənin şimal istiqamətində “Hizbullah”a qarşı əməliyyatlar nəzarət altındadır və ciddi nəticələr əldə olunub.

“Şimalda “Hizbullah”a qarşı döyüş nəzarət altındadır və deməliyəm ki, burada çox təsirli nəticələr var. Qüvvələrimiz Litani çayını keçib, dominant yüksəklikləri tutub. Biz həmçinin Beyrutda, Bəkaa vadisində – bütün cəbhə boyunca fəaliyyət göstərir və “Hizbullah”a qətiyyətli zərbələr endiririk”, – deyə Netanyahu bildirib.

Qeyd edək ki, son aylarda İsrail ilə “Hizbullah” arasında qarşıdurma Livan ərazisində daha genişmiqyaslı hərbi əməliyyatlara çevrilib.

Sizə yeni x var
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV