Modern.az

Lukaşenkodan Ermənistana təklif 

Lukaşenkodan Ermənistana təklif 

Dünya

Bu gün, 20:46

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) gələcəyi ilə bağlı referendum keçirilməsini təklif edib.

Modern.az xəbər verir ki, o, Aİİ liderlərinin Ermənistanın ittifaqdan ayrılmasını istəmədiyini bildirib, eyni zamanda İrəvanın seçim hüququna hörmət etdiklərini vurğulayıb.

“Hamımız qeyd etdik ki, Ermənistanın Avrasiya İttifaqından çıxmasını istəmirik. Eyni zamanda, Ermənistanın seçiminə hörmət edirik. Ermənistan xalqının seçiminə hörmət edirik. Buna görə də bu məsələ ilə bağlı orada referendum keçirilməsini təklif edirik. Ermənistan rəhbərliyi və xüsusilə Ermənistan xalqı nə əldə etdiyini və nə itirdiyini anlamalıdır”, — Lukaşenko deyib.

O bildirib ki, bu məsələ ilə bağlı son qərarı Ermənistan xalqı verməlidir.

Sizə yeni x var
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV