Rusiya Baş nazir Nikol Paşinyana təbrik göndərməzdən əvvəl Ermənistandakı parlament seçkilərinin rəsmi nəticələrini gözləməyə üstünlük verir.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Vladimir Putinin Nikol Paşinyanı seçkilərdə qələbəsi münasibətilə təbrik etməyi planlaşdırması ilə bağlı suallarına cavab olaraq bildirib.
Kremlin sözçüsü deyib: “Yekun rəsmi nəticələri gözləmək vacibdir. Bilirsiniz, bir çox qeyri-müəyyən məqamlar var idi, seçki pozuntuları ilə bağlı çoxlu məlumat gördük, ona görə də rəsmi nəticələri gözləməyə üstünlük veririk”.