Modern.az

Kadırovun yaxın dostu öldürüldü

Kadırovun yaxın dostu öldürüldü

Dünya

Bu gün, 12:04

Ukraynada gedən döyüşlər zamanı çeçen əsilli Artur Denisultanovun həlak olduğu barədə məlumat yayılıb.

Modern.az xəbər verir ki, bu barədə "Mediazona" nəşri Rusiya dövlət qeydiyyat məlumatlarından sızdırıldığı iddia edilən məlumatlara istinadən yazıb.

Məlumata görə, 57 yaşlı Denisultanov 2024-cü il noyabrın 2-də Donetsk vilayətinin Selidove şəhəri yaxınlığında döyüşlər zamanı həyatını itirib. 

Bundan əvvəl Ukrayna tərəfi də Denisultanovun öldüyünü bildirmiş və onun hərbi nişanının nömrəsini yayımlamışdı. Layihənin məlumatına əsasən, o, Rusiya Silahlı Qüvvələrinin 27-ci motoatıcı diviziyasında sıravi atıcı kimi xidmət edib.

"Mediazona" "Kavkaz.Realii" nəşrinin məlumatına görə, Denisultanov 2023-cü ildə təxminən 37 milyon rubl məbləğində dələduzluqda təqsirli bilinib. Qeyd edilib ki, məhkəmə onun döyüş əməliyyatlarında iştirakını nəzərə alaraq cəzanı yüngülləşdirib.

Denisultanovun adı daha əvvəl adam oğurluğu, dələduzluq, hədə-qorxu ilə tələb etmə və digər cinayət işlərində də hallanıb.

O, 2017-ci ildə Ukraynada Adam Osmayevə qarşı sui-qəsd cəhdində şübhəli şəxs kimi tanınıb. Həmin hadisədən sonra Ukraynada saxlanılan Denisultanov sonradan məhbus mübadiləsi çərçivəsində Rusiyaya təhvil verilib.

Qeyd edək ki, Rusiya və Ukrayna tərəfləri Denisultanovun ölümü ilə bağlı rəsmi açıqlama verməyiblər.

Sizə yeni x var
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ