Modern.az

Məhkəmə Sarkisyanın qardaşı barədə qərar verdi

Məhkəmə Sarkisyanın qardaşı barədə qərar verdi

Dünya

19 İyun 2026, 17:52

Ermənistan məhkəməsi ölkənin sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarqsyan barəsində çıxarılmış həbs qərarını ləğv edib.

Modern.az xəbər verir ki, bu barədə "Armenia Today" nəşrinə Ermənistanın Antikorrupsiya Məhkəməsi məlumat verib.

Məhkəmədən bildirilib ki, prokurorluğun əvvəlki qərarla bağlı verdiyi şikayət icraata qəbul edilməyib.

Beləliklə, Aleksandr Sarksyanın həbsi ilə bağlı qərar qüvvədən düşmüş hesab olunur.

Qeyd edək ki, Aleksandr Sarksyan son illərdə Ermənistanda müxtəlif korrupsiya və maliyyə xarakterli araşdırmalar çərçivəsində hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ramiz Mehdiyevin milyardları əlindən alınır - Şok sərvət siyahısı - Xəbəriniz Var?