Modern.az

Türk İsveçdə nazir oldu

Türk İsveçdə nazir oldu

Dünya

8 Oktyabr 2014, 12:45

İsveçin yeni təsdiq olunan Nazirlər Kabinetində türk nazir yer alıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin mənzil-kommunal təsərrüfatı və şəhərsalma naziri Mehmet Kaplan təyin olunub. 1971-ci ildə Türkiyənin Qaziantep şəhərində anadan olan Kaplan bundan öncə Yaşıllar Partiyasının üzvü kimi İsveç Riksdaqının (parlamentinin) deputatı olub. O, 2005-2006-cı illərdə İsveç Müsəlmanları Şurasının üzvü və mətbuat katibi olub. Qeyd edək ki, Mehmet Kaplan 2010-cu ildə Qəzza sektorundakı blokadanı yarmağa çalışan “Mavi Mərmərə” gəmisinin sərnişinlərindən biri olub. 


Vüqar İsmayılov    

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı