Modern.az

Rusiyanın hücumu nəticəsində 3-ü uşaq olmaqla 7 nəfər öldü

Rusiyanın hücumu nəticəsində 3-ü uşaq olmaqla 7 nəfər öldü

Dünya

Bu gün, 10:21

Rusiyanın səhər saatlarında Zaporojyeyə idarəolunan avi bombalarla hücumu nəticəsində ölənlərin sayı 7-yə çatıb. Həlak olanlardan üçü uşaqdır.

Modern.az xəbər verir ki, vilayət hərbi administrasiyası ilkin məlumatda iki nəfərin öldüyünü, daha iki nəfərin yaralandığını açıqlayıb. Sonradan ölənlərin sayının 7-yə yüksəldiyi bildirilib.

Hücum nəticəsində yaşayış evləri dağılıb. İlkin məlumata görə, dağıntılar altında da insanlar qalıb, onların sayı məlum olmayıb.

Hadisə yerindən yayılan fotolarda dağılan evlərin qalıqları görünür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskvada gərgin anlar - Putinin təyyarəsi eniş edə bilmədi