Modern.az

İsrail Prezidentinin helikopteri quş sürüsü ilə toqquşdu - Təcili eniş etdi

İsrail Prezidentinin helikopteri quş sürüsü ilə toqquşdu - Təcili eniş etdi

Dünya

Bu gün, 09:04

İsrail Prezidenti İsxak Hersoqun olduğu hərbi helikopter uçuş zamanı baş verən insidentdən sonra təcili eniş edib.

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, helikopter havada olarkən quş sürüsü ilə toqquşub. Bundan sonra ekipaj təhlükəsizlik məqsədilə Palmachim aviabazasına təcili eniş etmək qərarı verib.

Bildirilib ki, Prezident İsxak Hersoq hadisədən əvvəl Herzl dağında keçirilən anım mərasimində iştirak edib və daha sonra ölkənin şimalına yollanırmış.

İsrail Müdafiə Qüvvələrinin açıqlamasına əsasən, insident nəticəsində helikopterdə olanlardan xəsarət alan olmayıb, həmçinin hər hansı dağıntı qeydə alınmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!