Modern.az

İsrail qondarma “erməni soyqırımı”nı gündəmə gətirir - Nazir qətnamə hazırladı

İsrail qondarma “erməni soyqırımı”nı gündəmə gətirir - Nazir qətnamə hazırladı

Dünya

Bu gün, 09:57

İsrail xarici işlər naziri Gideon Saar qondarma «erməni soyqırımı” məsələsini gündəmə gətirib.

Modern.az xəbər verir ki, “Sputnik Ermənistan”ın məlumatına görə, Gideon Saar Osmanlı İmperiyası dövründə “erməni soyqırımı”nın törədildiyini rəsmi olaraq tanıyan qətnaməni İsrail hökumətinə, daha sonra isə parlamentə təqdim edəcək.

“İsrail hökumətinin növbəti iclasında erməni soyqırımının İsrail hökuməti tərəfindən rəsmi tanınmasına dair qətnamə layihəsini təqdim edəcəyəm”, – Saar X sosial şəbəkəsində yazıb.

Nazir qeyd edib ki, bundan sonra sənəd İsrail parlamentinə – Knessetə təqdim olunacaq. Onun sözlərinə görə, “hadisələrin tanınması mənəvi və tarixi borcdur, İsrail tarixi həqiqətin inkarını, kiçildilməsini və ya təhrif edilməsini qınamalıdır”.

Məlumata görə, İsrail uzun illər bu məsələdə rəsmi tanınmadan yayınsa da, son illərdə Türkiyə ilə münasibətlərin pisləşməsi fonunda bu istiqamətdə müəyyən addımlar atıb.

Məlum olduğu kimi, erməni mənbələri iddia edirlər ki, guya 1915-ci il hadisələri zamanı Osmanlı imperiyasında 1,5 milyondan çox erməni həlak olub. Türkiyə tarixçiləri bu iddianı və qondarma “soyqırımı” ifadəsini rədd edirlər.

Qeyd edək ki, qondarma “erməni soyqırımı”nı tanıyan ilk ölkə 1965-ci ildə Uruqvay olub. Sonrakı illərdə isə Fransa, Rusiya, Almaniya, Kanada, ABŞ və bir sıra digər dövlətlər də analoji qərarlar qəbul ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!