Modern.az

ABŞ-nin yeni pasportu belə olacaq - FOTO

ABŞ-nin yeni pasportu belə olacaq - FOTO

Dünya

Bu gün, 12:50

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp səhifəsində özünün şəkli yer alan yeni pasport dizaynını ictimaiyyətə təqdim edib.

Modern.az xəbər verir ki, ABŞ rəhbəri müvafiq postu "Truth Social" sosial platformasındakı hesabında paylaşıb.

Dövlət rəhbəri etdiyi paylaşımda belə bir qeyd yazıb:

"ABŞ-nin yeni pasportu deyir: "Xoş gəlmisiniz, ancaq yaxşı olun".

Sənədin daxili tərəfində Amerika liderinin portreti ABŞ-nin Müstəqillik Bəyannaməsinin mətni ilə əhatə olunub və aşağıda onun imzası yerləşdirilib. Pasportun digər səhifəsində isə ABŞ-nin qurucu atalarının əks olunduğu Con Trambullun məşhur "Müstəqillik Bəyannaməsi" tablosu yer alıb.

Tramp yeni ABŞ pasportunun dizaynını təqdim etdi - FOTO

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada