Modern.az

Ukrayna İsveçdən qırıcılar alacaq

Ukrayna İsveçdən qırıcılar alacaq

Dünya

Bu gün, 04:17

Ukrayna və İsveç 16 ədəd Gripen E qırıcı təyyarəsinin alınması ilə bağlı müqavilə imzalayıblar.

Modern.az xəbər verir ki, qırıcı təyyarələrin Kiyevə çatdırılması 2029-cu ildən tez baş tutmayacaq.

Saziş Kiyevdə Zelenski ilə İsveçin müdafiə naziri Pol Consson arasında keçirilən görüş zamanı imzalanıb.

Bu təyyarələr Aİ krediti və Böyük Britaniyanın dəstəyi ilə maliyyələşdiriləcək. Ukrayna həmçinin təyyarə üçün avadanlıq, texniki yardım və logistika dəstəyi alacaq, eyni zamanda İsveçdə ukraynalı pilotlar və texniki heyət üçün təlimlər artıq davam edir.

Kiyev həmçinin 2027-ci ilin əvvəlində İsveçdən hərbi yardım olaraq 16 Gripen C/D qırıcı təyyarəsi almağı düşünür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada