Modern.az

Tanınmış müğənninin qardaşı həbs edildi

Tanınmış müğənninin qardaşı həbs edildi

Dünya

Bu gün, 03:55

İstanbul Anadolu Respublika Baş Prokurorluğunun Şile Bələdiyyəsinə qarşı apardığı istintaq çərçivəsində növbəti əməliyyat keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

İstintaq çərçivəsində Şile Bələdiyyə sədri Özgür Kabadayının rəhbərlik etdiyi iddia olunan cinayətkar qruplaşma ilə bağlı keçirilən əməliyyat zamanı saxlanılan 17 şübhəlidən 13-ü barəsində həbs qətimkan tədbiri seçilib, dörd nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Şübhəlilər "cinayətkar təşkilat yaratmaq və ona üzv olmaq", "rüşvətalma", "hədə-qorxu yolu ilə pul tələbetmə" və "tender saxtakarlığı" kimi ittihamlarla üzləşiblər.

Həbs edilənlər arasında tanınmış müğənni Haluk Leventin qardaşı Berkant Acil də var. Məhkəmənin qərarı ilə o da həbsxanaya göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada