Modern.az

İlon Mask yenidən trilyoner statusunu bərpa edib

İlon Mask yenidən trilyoner statusunu bərpa edib

Dünya

1 İyul 2026, 03:20

Amerikalı sahibkar İlon Maskın sərvəti yenidən 1 trilyon dollar həddinə çatıb.

Modern.az xəbər verir ki, "Forbes" jurnalının məlumatına görə, İlon Mask yenidən trilyoner statusunu bərpa edib.

Məlumatda bildirilir ki, "SpaceX" və "Tesla" şirkətlərinin səhmlərinin bahalaşması nəticəsində Maskın xalis sərvəti 65 milyard dollardan çox artıb.

Hazırda İlon Maskın sərvəti 1 trilyon dollar səviyyəsində qiymətləndirilir.

Xatırladaq ki, iyun ayında "SpaceX" səhmlərinin dəyərinin azalması fonunda Maskın sərvəti 1 trilyon dollardan aşağı düşmüşdü. O, şirkətin səhmlərinin ilkin kütləvi yerləşdirilməsindən sonra iki həftədən də az müddət ərzində trilyoner statusunu qoruyub saxlaya bilmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayandan KÜTLƏVİ HÜCUM - Rusiya şəhərləri dağıdılır