Modern.az

Müharibənin taleyini həll edəcək döyüş başlayır

Müharibənin taleyini həll edəcək döyüş başlayır

Dünya

Bu gün, 12:21

Rusiya yay aylarında Donetsk vilayətinə təzyiqləri artırmağa və Donbas istiqamətində hücum əməliyyatlarını gücləndirməyə cəhd göstərə bilər.

Modern.az xəbər verir ki, bu barədə avstriyalı hərbi ekspert Markus Raysner bildirib.

Onun sözlərinə görə, Moskva hazırda Şərq cəbhəsinin mərkəzi hissəsinə fokuslanıb, eyni zamanda Xarkov, Sumı və Zaporojye istiqamətlərində Ukrayna mövqelərinə təzyiqi artırır. Ekspert hesab edir ki, məqsəd Ukraynanı şimal istiqamətinə əlavə qüvvələr yönləndirməyə məcbur etmək və daha sonra Donbasda hücum üçün əlverişli şərait yaratmaqdır.

Böyük Britaniyalı Rusiya üzrə ekspert Kir Cayls isə daha ehtiyatlı mövqe sərgiləyib. Onun sözlərinə görə, hazırda Rusiyanın genişmiqyaslı yay hücumu ilə bağlı etibarlı məlumatlar yoxdur. O, Kremlin əsas məqsədinin təkcə ərazi qazanmaq deyil, həm də Ukraynanın dayanıqlığını zəiflətmək olduğunu bildirib.

“Cəbhə xəttinin dəqiq mövqeyi müharibənin nəticəsi üçün həlledici deyil. Daha vacib olan diplomatik, iqtisadi və siyasi amillərdir”, – deyə Cayls "BILD"ə açıqlamasında bildirib.

Ukrayna isə yay dövrünə müdafiə xətlərini gücləndirməklə və Rusiya arxa cəbhəsinə zərbələri artırmaqla hazırlaşır. Ukraynalı polkovnik Vladimir Polevoyun sözlərinə görə, Kiyev uzaqmənzilli hücum imkanlarını əvvəlcədən gücləndirib və Rusiya ordusunun logistikasını pozmağa çalışır.

Qeyd edək ki, son həftələrdə Ukrayna demək olar ki, hər gün Rusiya neft emalı zavodları, yanacaq anbarları və sənaye obyektlərinə zərbələr endirərək ordunun təchizatına və hərbi iqtisadiyyata təzyiq göstərir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada