Modern.az

ABŞ-nin helikopteri dənizinə düşdü, üç nəfər...

ABŞ-nin helikopteri dənizinə düşdü, üç nəfər...

Dünya

Bu gün, 01:18

ABŞ Hərbi Dəniz Qüvvələrinin "MH-60S Sea Hawk" helikopteri Ərəbistan dənizində qəza enişi edib.

Modern.az "CBS News"a istinadən xəbər verir ki, ekipajın üç üzvü xilas edilib, dördüncü hərbçinin axtarışı davam etdirilir.

Hadisə çərşənbə günü baş verib. "USS George HW Bush" təyyarədaşıyan gəmisinə enmək istəyən helikopter hələlik məlum olmayan səbəblərdən suya təcili eniş edib.

Dörd heyət üzvündən üçü təyyarədaşıyan gəminin göyərtəsinə gətirilib. Onların vəziyyəti stabil olaraq qiymətləndirilir. Dördüncü hərbçinin axtarışı davam etdirilir.

"USS George HW Bush" təyyarədaşıyan gəmisi aprelin sonlarından bəri Yaxın Şərqdədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada