Ötən gecə Kiyevə endirilən hava zərbələri ilə bağlı Rusiya prezidenti Vladimir Putinə məruzə olunub.
Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov telefon vasitəsilə prezident Vladimir Putinə Ukraynanın hərbi sənaye kompleksi obyektlərinə endirilən kütləvi gecə zərbələrinin nəticələri barədə məruzə edib.
Rusiya prezidentinin mətbuat katibi həmçinin Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallasın Kiyevə endirilən gecə zərbələrindən sonra Moskvaya qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə təklifini şərh edib.
Peskovun sözlərinə görə, Rusiya öz məqsədlərinə nail olmaq üçün Ukraynaya təzyiq göstərməyə davam edəcək.
Xatırladaq ki, ötən gecə Ukraynaya zərbələr zamanı azı 13 nəfər ölüb, onlarla insan yaralanıb.