Modern.az

Parlamentdə QALMAQAL - Deputat nazirə: “Xalq ehtirasa gəlib, gec-tez soyunacaqsınız!”

Parlamentdə QALMAQAL - Deputat nazirə: “Xalq ehtirasa gəlib, gec-tez soyunacaqsınız!”

Dünya

13 Noyabr 2014, 15:10


Ermənistan parlamentinin bugünkü iclasında müxalifətçi deputatla maliyyə naziri arasında maraqlı dialoq yaşanıb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Erməni Milli Konqresindən parlamentə üzv olan Nikol Paşinyan parlament tribunasından hesabat xarakterli çıxış edən maliyyə naziri Qaqik Xaçaturyanı çətin vəziyyətə salıb. 

“Siz, nazir Qaqik Xaçaturyan, illərlə yeni paltarın yoxluğunun nə demək olduğunu bilirsiniz?” –deyə nazirə sual ünvanlayan deputat “Mən jurnalistlər qarşısında soyunmağa vərdiş etməmişəm”, - cavabını alıb.

Özünü itirməyən Paşinyan “bağışlayın, lakin sizin etdiyiniz korrupsiya striptizi adlanır və xalq bu striptizdən ehtirasa gəlib. Əgər yaxın vaxtlarda siz Ermənistan Respublikası və xalqı ilə münasibətlərizinə yenidən baxmasanız, onda inanın mənə, gec-tez soyunmalı olacaqsınız”, - deyə Nikol Paşinyan naziri susdurub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı