Modern.az

Rusiya Dumasından süni intellektlə bağlı yeni tələb

Rusiya Dumasından süni intellektlə bağlı yeni tələb

Dünya

Bu gün, 18:34

Rusiyada süni intellektlə yaradılan məzmunun işarələnməsi məcburi olacaq

Modern.az xəbər verir ki, Rusiya Dövlət Duması bununla bağlı qanun layihəsini qəbul edib.

Yeni qaydalara əsasən, iri internet platformalarının sahibləri foto, audio və video materialların Sİ vasitəsilə yaradıldığını göstərən texniki işarələmə imkanını təmin etməlidirlər.

Qanun layihəsində yer alan digər əsas müddəalar bunlardır:

 ▪️Rusiya qanunvericiliyində süni intellekt anlayışının baza tərifinin təsbit edilməsi;

▪️ Yerli süni intellekt texnologiyalarının prioritet inkişafı üçün şəraitin yaradılması;

▪️ Məlumatların emalının Rusiya ərazisində və hüquqi şəxslərin iştirakı ilə həyata keçirilməsini nəzərdə tutan “suveren” və “milli” Sİ modelləri kateqoriyalarının tətbiqi;

▪️ Süni intellekt modellərinin hazırlanması üçün zəruri məlumatlara çıxış da daxil olmaqla, bu sahədə çalışan tərtibatçılar üçün dəstək mexanizmlərinin yaradılması.

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?