Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyanın Baş nazir Nikol Paşinyanın tələbi ilə vəzifəsindən ayrıldığı iddia olunur.
Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, yayılan məlumatlara görə, Paşinyan nazirə qısa SMS mesaj göndərərək istefasını tələb edib.
İddialara əsasən, qərarın iki əsas səbəbi var. Birinci səbəb kimi Ayrapetyanın kurasiya etdiyi proqramların, o cümlədən hərbi modernləşmə və kosmik layihələrin gözlənilən nəticələri verməməsi göstərilir.
Digər iddiaya görə, nazir müxalif mövqedə olan sabiq deputatlar Ovik Ağazaryan və Akop Aslanyana daxili məlumatlar ötürməkdə şübhəli bilinib.
Rəsmi qurumlar tərəfindən hələlik bu məlumatlarla bağlı açıqlama verilməyib.