Modern.az

Banqkokda barda dəhşətli yanğın: 27 ölü

Banqkokda barda dəhşətli yanğın: 27 ölü

Dünya

Bu gün, 11:36

Tailandın paytaxtı Banqkokda yerləşən barda baş verən yanğın nəticəsində azı 27 nəfər həlak olub, 63 nəfər xəsarət alıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə iyulun 12-də şəhərin şimal hissəsində yerləşən Rong Beer Na Lat Phrao adlı əyləncə məkanında qeydə alınıb.

İlkin məlumata görə, yanğına kondisioner sistemində baş verən qısaqapanma səbəb olub.

Məlumata əsasən, yaralananlardan 22 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Şahidlərin sözlərinə görə, yanğın başlayandan sonra çoxsaylı ziyarətçi binanın arxa hissəsinə - mətbəx və sanitar qovşaqların yerləşdiyi əraziyə qaçıb. Lakin təxliyə zamanı fövqəladə çıxışların qismən bağlı olması insanların vaxtında binanı tərk etməsinə mane olub.

BBC-nin məlumatına görə, ölənlərin əksəriyyətinin tüstüdən zəhərlənərək həyatını itirdiyi ehtimal edilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Prezidentən Şuşada Rusiyanı dəli edən MESAJ - Ukrayna dayanmamalıdır!