Fransanın paytaxtı Paris yaxınlığında yerləşən Fontenblo meşəsində genişmiqyaslı meşə yanğını davam edir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, alov təxminən 800 hektar meşə sahəsini əhatə edib. Yerli hakimiyyət orqanları yanğını miqyasına görə “qeyri-adi” hadisə kimi qiymətləndirib.
Yanğının söndürülməsi üçün ölkənin cənub bölgələrindən xüsusi yanğınsöndürən təyyarələr ilk dəfə olaraq bu əraziyə cəlb edilib.
Fövqəladə xidmətlərin əməkdaşları alovun nəzarət altına alınması və yanğının daha geniş əraziyə yayılmasının qarşısının alınması istiqamətində işlərini davam etdirirlər.