ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti sərt açıqlaması ilə gündəmə gəlib.
Modern.az xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalının canlı efirində danışıb.
ABŞ prezidenti bildirib ki, Vaşinqton və Tehran arasında razılaşma əldə olunmuşdu, lakin İran son anda öhdəliklərini pozub.
"Bizim razılaşmamız var idi. Heç kim bilmirdi ki, belə bir razılaşma əldə olunub. Hər şey razılaşdırılmışdı, amma sonra onlar onu pozdular. Bu insanlarla on dəfə razılaşma əldə etmişik. Buna görə də onlara çox ağır zərbələr endirəcəyik", - Tramp deyib.
Tramp açıqlamasında mümkün zərbələrin nə vaxt və hansı hədəflərə yönələcəyini dəqiqləşdirməyib. Bununla belə, onun bəyanatı ABŞ-İran münasibətlərində gərginliyin daha da arta biləcəyi ilə bağlı narahatlıqları gücləndirib.