Modern.az

ABŞ Hörmüzdən keçən yüklərdən faiz alacaq

ABŞ Hörmüzdən keçən yüklərdən faiz alacaq

Dünya

13 İyul 2026, 19:01

ABŞ Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsinə görə daşınan bütün yüklərin dəyərinin 20%-i həcmində kompensasiya alacaq.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.

"Hörmüz boğazı açıqdır və açıq qalacaq - İranla və ya İransız. Biz İran blokadasını bərpa edirik. İran blokadasını adı ona görə verilib ki, bu, yalnız giriş və ya çıxışına qadağa qoyulacaq İranın və onun müştərilərinin gəmilərinə aiddir. Bütün digər ölkələrin boğaza ədalətli və sərbəst çıxışı olacaq", - o yazıb.

Trampın sözlərinə görə, ABŞ bundan sonra "Hörmüz boğazının Qoruyucusu" adlandırılacaq, ödənişlər isə dünyanın bu "son dərəcə qeyri-sabit regionunun" təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi ilə bağlı xərclərin qarşılanmasına yönəldiləcək.

"Proses və müvafiq mexanizmin yaradılması dərhal başlayacaq", - o əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakı Moskvanın dərsini verdi: Rusiya səfiri TƏCİLİ XİN-ə çağırıldı