Modern.az

Aİ sanksiyalar paketini razılaşdıra bilmədi

Aİ sanksiyalar paketini razılaşdıra bilmədi

Dünya

13 İyul 2026, 23:20

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər.

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas mətbuat konfransında bildirib.

“21-ci sanksiyalar paketi üzrə razılıq əldə edə bilmədik. Bununla belə deməliyəm ki, artıq buna kifayət qədər yaxınıq. Müxtəlif sanksiya rejimləri çərçivəsində təxminən 250 bənd var və onların hamısı Rusiyaya təzyiqi artırmağa yönəlib”, - deyə Kallas qeyd edib.

Onun sözlərinə görə, hazırlanan sanksiyalar paketindən Rusiyadan balıq idxalı ilə bağlı bəzi müddəalar çıxarılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezidentdən Rusiyanı dəli edən MESAJ - Ukrayna təslim olmamalıdır!