Modern.az

Netanyahu buraya gəlsə həbs olunmalıdır - Nyu-York meri

Netanyahu buraya gəlsə həbs olunmalıdır - Nyu-York meri

Dünya

18 İyul 2026, 19:05

İsrailin Baş naziri Benyamin Netanyahu sentyabr ayında BMT Baş Assambleyasının sessiyasında iştirak etmək məqsədilə Nyu-Yorka səfər edərsə, o, müharibə cinayətləri ittihamı ilə saxlanılmalıdır.

Modern.az xəbər verir ki, bunu Nyu-York şəhərinin meri Zohran Mamdani “The New York Times” qəzetinə müsahibəsində bildirib.

“Mənim fikrimcə, Baş nazir Netanyahu Haaqada mühakimə olunmalıdır. O, Beynəlxalq Cinayət Məhkəməsinin ittiham irəli sürdüyü hərbi cinayətkardır. Düşünürəm ki, son illərdə törətdiyi əməllərə görə bu mövqeyi bölüşən insanların sayı kifayət qədər çoxdur”, – deyə Mamdani vurğulayıb.

Bununla yanaşı, o qeyd edib ki, Nyu-York meri kimi fəaliyyət göstərdiyi müddətdə şəhərdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun davranacaq.

Mer əlavə edib ki, şəhər rəhbəri üçün qanunun aliliyinə hörmət etmək və ona riayət etmək əsas prinsiplərdən biridir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Xəzərdə hərəkətə keçdi - Nə baş verir?