Modern.az

ABŞ ilə mübarizədən başqa çarəmiz yoxdur - Bəqai

ABŞ ilə mübarizədən başqa çarəmiz yoxdur - Bəqai

Dünya

18 İyul 2026, 23:39

İran nə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA), nə də İslamabad sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri pozub.

Modern.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bəyan edib.

Onun sözlərinə görə, İranın ABŞ-nin təcavüzünə qarşı müqavimət göstərməkdən başqa alternativi yoxdur.

Bəqai bildirib ki, İranın sazişlər çərçivəsindəki öhdəliklərini yerinə yetirməsi ABŞ-nin də öz öhdəliklərinə əməl etməsindən asılıdır.

"ABŞ öhdəliklərini pozmaqda davam etdiyi müddətdə İranın da həmin öhdəlikləri yerinə yetirməsi mümkün deyil", – deyə XİN sözçüsü vurğulayıb.

İsmayıl Bəqai, həmçinin ABŞ-ni Hörmüz boğazına nəzarəti ələ keçirməyə cəhd göstərməkdə ittiham edib və bu kontekstdə İslamabad Anlaşma Memorandumuna istinad edib.

O qeyd edib ki, memorandumun beşinci maddəsində Hörmüz boğazının Oman və region ölkələri ilə məsləhətləşmələr əsasında idarə edilməsinin vacibliyi açıq şəkildə əks olunub. Bəqainin sözlərinə görə, ABŞ isə bu razılaşmanı nəzərə almadan strateji əhəmiyyət daşıyan su yoluna nəzarət etməyə çalışır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə