Modern.az

Hindistanda fişəng fabrikində partlayış - 8 nəfər öldü

Hindistanda fişəng fabrikində partlayış - 8 nəfər öldü

Dünya

18 İyul 2026, 22:33

Hindistanın Qucarat ştatının Əhmədabad şəhərində yerləşən fişəng istehsalı müəssisəsində baş verən partlayış nəticəsində azı 8 nəfər həlak olub, 15 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Modern.az xəbər verir ki, bu barədə "India TV" telekanalı məlumat yayıb.

Məlumata görə, güclü partlayışın səsi 5 kilometrədək məsafədən eşidilib. Hadisə yerində genişmiqyaslı dağıntılar yaranıb, xilasedicilər isə dağıntılar altında qalanların axtarışı və ərazinin təmizlənməsi istiqamətində işləri davam etdirirlər.

Səlahiyyətli qurumlar partlayışın başvermə səbəblərinin müəyyənləşdirilməsi, eləcə də pirotexnika istehsalı ilə məşğul olan müəssisənin qanunsuz fəaliyyət göstərib-göstərmədiyinin araşdırılması üçün istintaqa başlayıblar.

Sizə yeni x var
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə