Modern.az

Rusiyada helikopter qəzaya uğradı - pilot öldü

Rusiyada helikopter qəzaya uğradı - pilot öldü

Dünya

19 İyul 2026, 10:07

Rusiyanın Krasnodar diyarında kənd təsərrüfatı təyinatlı "Mi-2" helikopteri Kalininskaya stansiyasından 2 km aralıda qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya FHN-in region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Kalininskaya stansiyasından 2 km aralıda tarlaların dərmanlanması həyata keçirilərkən kənd təsərrüfatı təyinatlı "Mi-2" helikopteri yerə düşüb. Hadisə nəticəsində 20 kv. m sahədə yanğın baş verib. Yanğın operativ şəkildə söndürülüb. Qəza nəticəsində hava gəmisinin pilotu həlak olub", - məlumatda bildirilib.

Faktla bağlı cinayət işi açılıb. Hadisənin təfərrüatları araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi